Tuesday, September 18, 2018
 
Başlıq
loqin
istifadəçinin adı :   
parol :   
 
Captcha:
[imzalayın]
NewsletterSignup
ad :   
elektron poçt :   

Həzrət Əli ibn Musa Rza (ə) nın həyatı

 

      Şiələrin səkkizinci imamı Həzrət Əli ibn Musa Rza (ə) peyğəmbərin pak sülaləsindən və peyğəmbərin səkkizinci canişinidir. O, otuz beş yaşında şiələrin rəhbərlik və imamlıq məsuliyyəti öhdəsinə götürdü və onun yaşayışı Abbasi xəlifələrinin zamanında idi və onlar imama çox əziyyət və çətinliklər yaradırdılar və sonda Abbasi xəlifəsi Məmun onu 55 yaşında şəhid etdi. Bu yazı xülasə şəkildə o cənabın həyatının müxtəlif cəhətlərini təhqiq edir.

 İmamın adı, ləqəbi və künyəsi :

 O, həzrətin mübarək adı Əli. Künyəsi Əbülhəsən və ən məşhur ləqəbi "Rza" (yəni razılıq) olmuşdur. Onun övladı və doqquzuncu imam olan   Məhəmməd Təqi (ə) o həzrətin bu ləqəblə adlandırılma səbəbini belə nəql edir : "Allah ona Rza ləqəbini verdi çünki asimanda Allah və yerdə peyğəmbər və pak imamlar ondan razı idilər və onu imamlıq üçün bəyənmişdilər. Həmçinin imamın gözəl əxlaq və rəftarına görə dostları, yaxınları və düşmənləri də ondan razı idilər".

 O həzrətin məşhur ləqəblərindən biri də "Ali Məhəmməd alimi " dir. Bu ləqəb onun elm və biliyinin zahir olmasına görədir. İmam öz əsrinin məşhur alimləri ilə xüsusi ilə müxtəlif dinlərdən olan alimlərlə diskussiyalar aparır və həmişə başı uca bu diskussiyalardan çıxırdı. Bu kiçik bir sübutdur və bu diskussiyaların çoxu "imamın elmi tərəfi" qismətində gəlmişdir. İmamın bu bacarığı və üstünlüyü və bütün elmlərə vaqif olması onun imam olmasına sübutdur və imamın bu diskussiyalardakı sözlərinə diqqət edilsə bu mətləb tamamilə aydın olur ki, bu elmlər vəhy və ilham mənbəyinə bağlıdır.

 Ata və anası :

 İmamın hörmətli atası şiələrin yeddinci imamı İmam Musa Kazım (ə) idi və O, 183 h.q (799) ilində Harun Abbasinin əli ilə şəhid edildi və hörmətli anasının adı Nəcmə idi.

  İmamın anadan olması :

 Həzrət Rza (ə) 148 ci h.q Ziqədə ayının 11 də (29 dekabr 765) Mədinə şəhərində dünyaya göz açmışdır. Anası tərəfindən belə nəql olunur : "O həzrətə hamilə qaldıqdan sonra özümdə heç bir ağırlıq hiss etmədim, yatdığım zaman  Allaha təsbihin səsini və "La İlahə İlləllah" zikrini öz qarnımdan eşidirdim. O ,dünyaya gəldikdən sonra əlini yerə qoyaraq başını asimana qaldırdı və dodaqlarını tərpətdi; elə bil nə isə deyirdi."

 Buna oxşar hadisə başqa imamların və peyğəmbərlərin anadan olması zamanı da nəql olunmuşdur, buna misal Həzrət İsa anadan olduqdan sonra Allahın iradəsi ilə beşikdə dil açıb xalqla danışdı ki, bu hadisə  Quranda nəql olunmuşdur.

 İmamın Mədinədə yaşayışı :

 Həzrət Rza (ə) öz vətəni Mədinədən Mərvə hicrət etməmişdən öncə Mədinədə yaşayırdı və orada Allah Rəsulunun və əcdadlarının pak qəbrinin yanında xalqı hidayət edərək dini maarifi və peyğəmbər sünnətini bəyan edirdi. Mədinə camaatı imamı çox istəyirdilər və ona mehriban ata kimi baxırdılar. Bu səfərdən öncə imam öz həyatının çox illərini Mədinədə yaşamışdı ancaq bütün islam məmləkətlərində onun ardıcılları var idi və onlar imamın əmrlərinə tabe idilər.

 Həzrət Rza (ə) nın imaməti

  İmam Rzanın imamlığı dəfələrlə hörmətli atası, əcdadları və peyğəmbər tərəfindən elan edilmişdir. Xüsusilə İmam Musa Kazım (ə) dəfələrlə xalqın hüzurunda onu özündən sonra imam kimi tanıtdırmışdı ki onlardan bəzilərinə işarə edirik.

 İmam Musa Kazımın (ə) yaxınlarından biri deyir : Biz altmış nəfər idik və İmam Musa ibn Cəfər (ə) oğlu Əlinin əlindən tutmuş halda bizim yanımıza gəldi. O, buyurdu : Bilirsinizmi mən kiməm? Dedik: Siz bizim böyüyümüzsünüz. Buyurdu : Mənim adımı və ləqəbimi deyin. Dedik : Siz Musa ibn Cəfər ibn Məhəmmədsiniz. Buyurdu :Bu mənimlə olan kimdir? Dedik : Əli ibn Musa ibn Cəfər. Buyurdu : Şahid olun ki O, mənim həyatımda vəkilim və mənim ölümümdən sonra isə mənim canişinimdir ."

 Siyasi vəziyyət :

 Səkkizinci imamın imamlıq dövrü təxminən iyirmi il olmuşdur ki onu üç hissəyə bölmək olar :

 - O həzrətin imamlığının ilk on ili Harunun hakimiyyəti dövründə olmuşdur

 - Sonrakı beş il Əminin xəlifəlik dövrünə təsadüf etmişdir

 - Son beş il Məmunun hakimiyyətə gəlişi və hakimiyyəti dövründə olmuşdur.

 İmam Rzanın (ə) həyatının bir müddəti Harun Ərrəşidin xilafəti dövründə olmuşdur. Bu dövrdə əziz atasının şəhid olması və Ələvilərin müsibətləri (Əmirəlmömininin nəvələri və seyidlər) baş vermişdi. Bu dövrdə İmam Rzanı (ə) öldürtmək üçün Harunu təhrik edirdilər və nəhayət Harun imamı öldürmək fikrinə düşdü; ancaq öz planını həyata keçirtməyə fürsəti olmadı. Harun öldükdən sonra oğlu Əmin xəlifə oldu. Bu dövrdə Harunun ölümündən sonra hökumətdə zəifləmə baş verdi və bu zəiflik və Əminin fəsada batması bais oldu ki hökumət imama diqqət yetirməsin. Bu üzdən bu dövrü imamın həyatında sakitlik dövrü adlandıra bilərik. Ancaq sonda Məmun Abbasi öz qardaşına qalib gəldi və onu qətlə yetirdi. O, qüdrət libasını əyninə geyərək qiyamları yatırda bildi və öz hökmünü islam məmləkətlərinə cari etdi. O, İraq vilayətlərinin hakimliyini özünün yaxınlarından birinə tapşırmışdı və özü Mərvdə qalırdı. Çox siyasətçi olan Fəzl ibn Səhl adlı bir şəxsi özünün vəzir və müşaviri etmişdi. Ancaq onun hökumətini təhdid edən xətər ələvilər idilər. Onlar bir əsr qətl, işgəncə və qarətlərdən sonra xilafətdə olan ikitirəlikdən istifadə edərək hər biri gizli ya aşkar Məmunla müxaliflik bayrağı qaldıraraq Abbasi hökumətini çevirmək istəyirdilər. Onlar bundan başqa müsəlmanların ümumi fikirlərini özlərinə cəlb edə bilmişdilər və onların himayəsini qazanmışdılar. Bunun sübutu budur ki, Ələvilər harada Abbasilərin əleyhinə qiyam etsəydilər onların dəvətlərini çoxları qəbul edirdilər və onlara kömək edirdilər. Bütün bunlar xalqın xüsusilə Ələvilərin Abbasilərdən gördükləri zülm, işgəncə və haqsızlıqların nəticəsində olmuşdu. Məmun Ələvilərlə olan bu problemləri aradan qaldırmaq fikrinə düşdü. Xüsusilə o hökumətinin zəifləməsinə bais olan böhranları aradan qaldırmaq istəyirdi. Öz hakimiyyətini qüdrətləndirmək üçün sakit mühit yaratmaq fikrinə düşdü. Bunun üçün də öz vəziri Fəzl ibn Səhl ilə məsləhətləşdikdən sonra məkr işlətmək qərarına gəldi.  O, qərara aldı ki, xilafəti imama təklif etsin və imamın xeyrinə xilafətdən kənara çəkilsin çünki fikirləşirdi ki, nəticə iki haldan kənar deyildir. Ya imam qəbul edəcək ya qəbul etməyəcək ki, hər iki halda Abbasilər üçün qələbə olacaq.  Əgər imam qəbul etsəydi Məmunun şərtinə əsasən o varis olacaqdı və bütün müsəlman qrupları və firqələri arasında qanuniləşəcəkdi. Belə olduqda Məmun imamı çox asanlıqla aradan götürə bilərdi və hökumət qanuni və şəriət yolu ilə ona qalardı. Belə olduqda Ələvilər sevinclə hökumətə baxardılar və şiələr onun xilafətini şəriətə uyğun sayaraq onu imamın canişini kimi qəbul edərdilər. Başqa bir tərəfdən xalq onu imamın canişini kimi qəbul edərdi. Xalq hökuməti imamın qəbul etməsini bilsələr hökumət əleyhinə olan qiyamlar öz şəri cazibəsini itirəcəkdi.

 O fikirləşirdi ki, əgər imam xilafəti qəbul etməsə onu öz canişini olmağa məcbur etsin və belə olduqda yenə də onun hökuməti şiələrin və xalqın yanında şəri olurdu və Abbasilərin əleyhinə onların zülm və qəsblə hakimiyyətə gəlməklərinin bəhanəsi ilə olan qiyamlar öz dəlillərini əldən vermiş olacaqdılar və imamın dostları və xalqın tərəfindən yaxşı qarşılanmayacaqdı. Başqa bir tərəfdən o imamı öz yanında saxlamaqla onun rəftarı və yaxınları ilə olan əlaqələrinə nəzarət edə bilərdi,  imam və şiələr tərəfindən olan hər bir hərəkəti yatıra bilərdi. Ayrı bir tərəfdən o fikirləşirdi ki, şiələr ardıcılları imamı xilafəti qəbul etməməyə görə qınayacaq və onu sorğu suala tutaraq tənqid edəcəklər. İmam öz mövqeyini  yaxınlarının arasında itirmiş olacaq.

 Xorasana tərəf səfər :

 Məmun deyilən hədəfini həyata keçirtmək üçün özünün bir neçə xüsusi məmurunu Mədinəyə İmam Rzanın (ə) xidmətinə yolladı ki, o həzrəti zorla Xorasan tərəf yola salsınlar. Həmçinin əmr etdi ki, onu şiələri ilə az görüşə biləcəyi yol ilə gətirin. O zamanın əsas yolu Kufə. Cəbəl, Kirmanşah və Qum idi ki, şiələrin məskun olduqları ərazilər idilər. Məmun ehtimal verirdi ki, şiələr öz imamlarını görüb şövqə gəlsinlər və onun hərəkətinə mane olsunlar və o həzrəti öz yanlarında saxlamaq istəsinlər və belə olduqda hökumətin problemi bir neçə qat artmış olacaqdı. Bunun üçün də imamı Bəsrə, Əhvaz, Fars yolu ilə Mərvə tərəf hərəkət etdirdilər. Məmurlar daim o həzrəti diqqətdə saxlayırdılar və onun əməllərini xəlifəyə çatdırırdılar.

 Vəliəhdlik :

 İmam Rza (ə) Mərvə daxil olan kimi Məmun onu layiqli surətdə qarşıladı və hökumətin bütün nümayəndələrinin iştirak etdiyi məclisdə söhbət edərək dedi : Hamı bilsin ki, mən Ali Abbasda və Ali Əlidə (ə)xilafətə Əli ibn Musa Rzadan (ə) daha yaxşı və daha haqlı olan bir şəxs görməmişəm ". Sonra üzünü o həzrətə tutaraq dedi : " Qərara gəlmişəm ki, özümü xilafətdən salam və xilafəti sizə verəm ". Həzrət buyurdu : "Əgər xilafəti Allah sənin üçün qoyubdursa onu başqasına bağışlamağa haqqın yoxdur və əgər o sənin haqqın deyilsə sənin onu başqasına verməyə nə ixtiyarın var ". Məmun öz istəyinə təkid edərək imama israr etdi. Ancaq imam buyurdu : "Heç vaxt qəbul etməyəcəyəm". Məmun məyus olaraq dedi : "Onda vəliəhdliyi qəbul et ki məndən sonra siz canişin və xəlifə olasınız." Məmunun bu israrı və imamın inkarı iki ay uzandı və imam qəbul etməyərək deyirdi : "Öz babalarımdan eşitmişəm ki mən səndən qabaq dünyadan gedəcəyəm və məni zəhərlə şəhid edəcəklər və mənə yerin və göyün mələkləri ağlayacaqlar və qərib bir vadidə Harun Ərrəşidin yanında dəfn olunacağam." Ancaq Məmun bu işə israr etdi və xüsusi bir məclisdə imamı ölümlə hədələdi. İmam buyurdu : İndiki qəbul etməyə məcburam bu şərtlə qəbul edirəm ki, kimsəni işə qoymayım və kimsəni də işdən çıxartmayım. Heç bir adəti və qanunu dəyişməyim və uzaqdan xilafətə nəzarət edim ." Məmun bu şərtlə razı oldu. Bundan sonra İmam əllərini asimana qaldıraraq buyurdu : İlahi! Sən bilirsən ki, məni məcbur etdilər və mən məcbur şəkildə bu işə razı oldum; məni cəzalandırma necə ki, Yusif və Danyal kimi Özünün iki peyğəmbərini zamanlarının şahlarının hakimiyyətini qəbul etdiklərinə görə cəzalandırmadın. İlahi Sənin əhdindən başqa əhd, Sən tərəfdən olmayan vilayət yoxdur. Mənə lütf et ki, Sənin dinini qoruyum və Sənin peyğəmbərinin sünnətini diri saxlayım. Sən yaxşı ağa və yaxşı köməkçisən. "

 İmamın elmi tərəfi :

 Məmun xalqın imama olan misilsiz etibarını və ona olan əlaqəni gördükdə istədi ki, bu müqəddəsliyə xələl gətirmək istədi və bu hədəfə çatmaq üçün gördüyü işlərdən dünyanın müxtəlif yerlərindən olan alimlərlə imam arasında diskussiyaların təşkili idi. Onları imamla bəhsə çağırdı ki bəlkə imam məğlub olsun və imamın elmi məqamı sual altına düşsün. Bu məclislərdən birinin şərhini burada qeyd edirik :

 "Bu diskussiyaların biri üçün Məmun vəziri Fəzl ibn Səhlə əmr etdi ki, dünyanın hər yerindən kəlam və hikmət ustadlarını imamla diskussiya aparmaq üçün dəvət etsin. Fəzl də xristianların baş yepiskopunu, yəhudilərin böyük alimini, Sabeinlərin (Həzrət Yəhyanın tərəfdarları) başçılarını, zərdüştlərin ruhanisini və zəmanənin məşhur kəlam ustalarını dəvət etdi. Məmun onları layiqincə qəbul edərək onlara dedi : İstəyirəm ki, Mədinədən yanıma gələn  əmim oğlu (Məmun peyğəmbərin əmisi Abbasın nəslindən olduğu üçün imamın əmisi oğlu sayılırdı) ilə diskussiya aparasınız" .Səhəri gün böyük bir məclis təşkil etdi və bir nəfəri İmam Rzanın (ə) arxasınca göndərib dəvət etdi. İmam da dəvəti qəbul edərək ona dedi : Bilmək istəyirsən ki, Məmun nə vaxt bu işindən əl çəkəcək? Dedi : Bəli qurbanın olum. İmam buyurdu : Məmun mənim Tövrat əsasında Tövrat əhlinin, İncil əsasında İncil əhlinin, Zəbur əsasında Zəbur əhlinin, Sabinlərin öz dilində, atəşpərəstlərin fars dilində və rumluların rum dilində rədd edici dəlillərimi eşitdikdə və görəndə ki, onların hamısının sözlərini tək – tək rədd etdim və onlar da öz sözlərindən əl çəkdilər və mənim sözümü qəbul etdilər başa düşəcək ki, etmək istədiyi işə gücü çatmır və peşiman olacaq və La hövlə vəla qüvvəta illa billah əl əliyyül əzim . " Sonra imam Məmunun məclisinə yola düşdü. O, daxil olan kimi Məmun onu orda olanlara tanıtdı və sonra dedi : " İstəyirəm ki onlarla diskussiya aparasınız ".Həzrət Rza (ə) onların hamısı ilə onların öz kitabları əsasında diskussiya apardı. Sonra imam buyurdu : " Əgər sizin aranızdan islama müxalif insan varsa utanmadan sual etsin." Kəlam alimlərindən olan İmran Sayi İmamdan çoxlu suallar soruşdu və İmam bütün suallara cavab verərək onu qane etdi. O, öz suallarının cavablarını İmamdan eşitdikdən sonra kəlmeyi şəhadət deyərək  islamı qəbul etdi və İmamın tam üstünlüyü ilə bu yığıncaq sona çatdı. Səhəri gün İmam İmran Sayini çağıraraq ona çoxlu ikram etdi və o, islam dininin təbliğatçılarından birinə çevrildi.

 İmamın əxlaq və rəftarı :

 O həzrətin əxlaqı, zöhd və təqvası elə idi ki, öz düşmənlərini də valeh edirdi. Xalqla çox ədəblə, təvazökarlıq və mehribanlıqla rəftar edirdi və heç vaxt özünü xalqdan ayrı tutmazdı.

 İmamın şəhid olması :

 İmamın necə şəhid olması barəsində belə nəql edirlər ki, Məmun öz xidmətçilərindən birinə belə əmr verdi ki, öz dırnağını uzatsın və sonra əmr etdi ki, əlini xüsusi zəhərə batıraraq dırnaqları arasında zəhər qalsın və öz zəhərə bulaşmış əlləri ilə nar dənələyərək Məmunun əmrinə itaət etsin. Məmun zəhərli narı İmamın qarşısına qoyaraq israr etdi ki, İmam ondan yesin. Ancaq Həzrət imtina etdi və Məmun yenə israr etdi və iş o yerə çatdı ki, İmamı ölümlə hədələdi. İmam məcbur olaraq bir qədər o zəhərli nardan yedi. Bir neçə saat keçdikdən sonra zəhərin nəticəsində İmamın halı dəyişdi və səhəri gün sübh 29 səfər203 cü hicri tarixində (5 sentyabr 818 ci il) İmam Rza (ə) şəhid oldu.

 İmamın dəfn olunması :

 Allahın qüdrəti və iradəsi ilə İmam Cavad (ə) (imamın oğlu və ondan sonrakı imam) düşmənlərin gözündən uzaq imama qüsl verərək ona namaz qıldı və onun pak bədəni çoxlu şiə və onu sevənlərin müşayiəti ilə Məşhəddə dəfn edildi və əsrlərdir ki, bu əziz imamın qəbri iranlıların bərəkət və iftixar mənbəyidir.   

 

 

axtarış
Sürətli axtarış Şəbəkədı axtarışı
banners
Ali Dini Rəhbərin rəsmi saytı

Böyük Rəhbərin saytı

iran səfirliyi

Əhlibeyt informasiya agentliyi

Beynəlxalq Quran agentliyi

İmam Rza (ə) bruşur

İmam Xomeyni Universiteti

Şeyx Hüseyn Ənsariyanın rəsmi saytı

İslami oyanış

قرآن

حج

جمهوري اسلامي ايران

سايت هاي مفيد
vote
səsvermə aktiv deyil
UsersStats
Səhifənin ziyarətçiləri: 1443
Günün ziyarətçiləri : 27
Səhifənin ziyarətçiləri : 474115
Onlayn ziyarətçilər : 1
Ziyarət zamanı : 0.7969