Saturday, June 23, 2018
 
Başlıq
loqin
istifadəçinin adı :   
parol :   
 
Captcha:
[imzalayın]
NewsletterSignup
ad :   
elektron poçt :   

 

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Ümumdünya Novruz mərasimində iştirak etmiş ölkə başçıları və nümayəndə heyətləri ilə görüşündə çıxışı

 Tehran 27 mart 2010

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

Möhtərəm ölkə başçılarına, nümayəndə heyətlərinin rəhbərlərinə və bu iclasda iştirak edən bütün qardaşlara xoş gəlmisiniz deyirəm. Bayramınız mübarək olsun!

Siz əziz dostlar, mehriban qardaşlar və nümayəndə heyətləri! Müxtəlif məsələlərdə toplaşıb fikir mübadiləsi aparmaq üçün çox yaxşı bir vaxt və münasibət seçmisiniz. Novruz bayramı bir şərq bayramıdır və mühüm dəyərləri özündə birləşdirir. Novruz bayramı yeniləşmənin, təravətin, gəncliyin, sevincin, dost-tanışlar arasında dostluq bağlarının daha da möhkəmləndirilməsinin bariz simvoludur. Və bu Novruzu özlərinin yeni ilinin başlanğıcı qərar verən, tarixin başlanğıcı seçən xalqlar üçün bir imtiyazdır. Ona görə ki, bu mühüm dəyərlərə malikdir.

Novruz bayramı milli bayramdır və dini bayramlardan hesab olunmur. Lakin buna rəğmən bir sıra dini rəvayətlərdə Novruza yüksək qiymət verildiyi üçün bu bayram Allahın yada salınması və insanların Uca Yaradana itaətinin təzahürü üçün gözəl bir fürsətdir. Bizim ölkəmizdə adət belədir. Uzun illərdir ki, Novruz günü və ilin təhvili vaxtı insanlar ziyarətgahlarda, ibadətgahlarda və mənəvi mərkəzlərdə toplaşır və Allahdan özləri və başqaları üçün ruzi-bərəkət, xeyirli və gözəl il istəyirlər. Buna görə də Novruz həm mənəvi baxımdan, həm milli baxımdan, həm də Novruzu qeyd edən xalqlar arasında beynəlxalq münasibətlər baxımdan çox dəyərli bir bayramdır.

Novruzun ümumdünya miqyaslı beynəxalq bir bayram kimi təsdiq olunması, əslində, bu bayramı qeyd edən xalqların mədəniyyətinin bir töhfəsi kimi digər xalqlara, xüsusilə də Qərbə ötürülməsi ilə nəticələnə bilər

Təəssüflər olsun ki, hazırda davamlı olaraq mədəniyyətin Qərbdən Şərqə doğru axını prosesi müşahidə olunur. Belə bir şəraitdə Novruzun beynəlxalq bayram kimi təsdiq olunması Şərqin yüksək mədəni dəyərlərinin Qərb xalqlarına transferi üçün gözəl bir fürsətdir

Bu il belə bir böyük mərasimin təşkil olunması və gələcəkdə də bu ənənənin davam etdirilməsi region dövlətlərinin və xalqlarının mümkün qədər bir-birinə yaxınlaşması üçün münasib bir zəmin ola bilər

Reallıq isə bundan ibarətdir ki, region xalqlarının mənafeyi nəinki toqquşmur, əksinə bir-birini tamamlayır

İran İslam Respublikası müştərək mədəniyyətə malik olan region ölkələri və qonşu dövlətlər arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın gücləndirilməsini müsbət qarşılayır, qonşu ölkələrdən hər birinin tərəqqi və yüksəlişinin öz mənafeyinə uyğun olduğunu düşünərək bunu özü üçün iftixar mənbəyi kimi qiymətləndirir.

Mən Allaha dua edib Ondan istəyirəm ki, bütün müsəlman və region ölkələrinə günbəgün izzət və şərafət versin, qəlblərimizi bir-birimizə qarşı daha da mehriban etsin və birlikdə böyük işlərin görülməsi üçün bizə yardımçı olsun!

Vəssəlamu əleykum və rəhmətulla!

 

İzzət və iqtidar xartiyası

Novruz və onun İslam inqilabında nişanələri

Novruz, yəni: yeni gün. Rəvayətlərimizdə Novruza adi çıxlu hədislər vardır. Xüsusilə Muəlla bin Xənisin məşhur hədisində deyilir ki: İmam Cəfər Sadiqin (ə) yanına getdim. Təsadüfən Novruz günü idi. Həzrət buyurdu: "Bilirsənmi Novruz nədir?". Mən belə başa düşdüm ki, həzrət "yeni gün" mənasını nəzərdə tuturmuş. Məqsədi bu idi ki, insanların "Novruz", yəni, yeni gün adlandırdıqları bu gün, yeni gün nədir? Allahın bütün günləri bir-birinə bənzəyir. Hansı gün yeni bir gün hesab oluna bilər? Bunun şərti vardır. O günki onda böyük bir hadisə baş vermişdir, yeni gün olmalıdır. O gün ki, siz böyük bir iş görsəniz həmin gün "novruz-yeni gün" olar. Sonra həzrət özü bir misal çəkib deyir: Cənab Adəm və Həvva yerə ayaq basan gün "Novruz" idi; bəni adəm və bəşər övladı üçün yeni gün idi. Həzrət Nuh böyük tufandan sonra gəmisini nicat sahilinə çıxaran gün "Novruz" idi; yeni gündür və bəşər həyatında yeni bir dstandır. Quran Peyğəmbərə nazil olan gün bəşəriyyət üçün yeni gündür – məsələnin kökü də bundadır; Quran bəşərə nazil olan gün tarixdə bir dövrdür ki, insan üçün yeni gün hesab olunur. Həzrət İmam Əlinin vilayətə seçildiyi gün də yeni gün, yəni "Novruz" idi. ...

Məsələ bundadır ki, bu xüsusiyyətlərə malik olan hər bir gün yeni gün və "Novruz"dur; istər Fərvərdinin birinci günü olsun, istərsə də ilin istənilən günlərindən biri olsun. İnqilab qələbə çalan gün "Novruz"dur. Yeni gün idi. İmamın İrana gəldiyi gün bizim üçün Novruz idi. Bu mömin gənclərin və fədakar insanların döyüş meydanında xarici qüdrətlərdən qidalanan orduya qalib gəldiyi böyük qələbələr günü – gənclərimizin onlara qalib gəldiyi gün – yeni gün, yəni "Novruz"dur.

 

İslamın Novruz bayramı ilə həkimanə davranışı

İslam dini digər ölkələrdən və xalqlardan, və ya keçmiş zamanlardan gəlib çatan fenomenlərlə qarşılaşdıqda hikmətamiz, diqqətli və hərtərəfli rəftar etmişdir. İslam səhih məzmunu qəbul etməyi bacaran hər bir şeyi qəbul edir ... İslam Novruz bayramını götürdü, ona insani, İslami və mənəvi məzmun verdi və onu xalqa qaytardı. İlin təhvili vaxtı siz islamın əmri ilə Allahla rabitə qurur və deyirsiniz:

يا مقلّب القلوب و الأبصار  يا مدبّر اللّيل و النّهار   يا محوّل الحول و الأحوال حوّل حالنا الى احسن الحال

 “Ey qəlbləri və nəzərləri dəyişən! Ey gecə və gündüzü sahmana salan!  Ey illəri dolandıran, qəlbləri və halları dəyişən! Halımızı dəyişib ən gözəl bir şəklə sal!” GörürsünüzT Novruz və ilin təhvili – bir ildən digər ilə keçmək – mənəvi bir məzmun aldı. İnsanlara tövsiyə edib deyir: Qüsül edin, özünüzü yuyun və ən gözəl paltarlarınızı - əlbəttə burada təzə paltardan söhbət getmir, söhbət təmiz paltardan gedir – geyinin ... Təbiətin oyanışı ilə öz qəlbinizdə bir oyanış edin. Novruz bayramı ilə bu cür rəftar olundu. Buna görə də biz iranlılar Novruz bayramını sevir və bunu bayram edirik. Lakin bizim bayramımız sağlam bir bayramdır. İslam qədim ayinlərlə rastlaşanda belə rəftar edirdi. Əlbəttə, bəzi ayinlər vardır ki, islah olunası deyil. Məsələn, İslam od üstündən atılmaq kimi xürafat bir ayin barədə danışmır və onu təsdiq etmir, amma tutaq ki, insanların hər hansı bir münasibətə görə təbiətin qoynuna gedib orada dincəlmlərinə və yaşıllıqla, təbiət və çöl ilə yenidən görüşməyinə, sağlam və səhih ləzzət aparmağına irad tutmur və mane olmur.

 

 

Novruz – Rəhbərin sözündə

İran xalqının Novruz bayramı barəsində gördüyü iş ən gözəl və layiqli işlərdəndir

Əvvəlcə Novruz bayramı haqqında bir məsələni diqqətinizə çatdırım. Mənim zənnimcə İran xalqının Novruz bayramı barəsində gördüyü iş ən gözəl və layiqli işlərdəndir ki, tarixi və ənənəvi bir ayinlə yerinə yetirmək olar. Biz iranlıların şəmsi ilimizin əvvəli – yəni yazın əvvəli – Novruz bayramıdır. Əvvələn İran xalqı fəxr edir ki, onun şəmsi ili hicri qəməri ili kimidir, yəni necə ki, bizim hicri qəməri ilimiz – hal-hazırda 1418-ci ildir – sonuncu Peyğəmbərin (s) hicrəti ilə başlanır, hicri şəmsi ilimiz də bu tarixdən hesab olunur. Digər müsəlman xalqlar özlərinin günəş təqvimi üçün miladi ilindən istifadə edirlər, lakin biz iranlılar Əziz Peyğəmbərin (s) hicrət tarixini həm hicri-qəməri tarixi üçün, həm də hixri-şəmsi ili üçün başlanğıc qərar vermişik. Nəzərimcə bu, iranlıların müqəddəs islam təlimlərinə və peyğəmbərin pak və müqəddəs əsərlərinə sevgisi və hörmətinin göstəricisidir. Həmçinin ilin əvvəlini bahar fəslinin əvvəli seçmişik, halbuki xristianlar qışın əvvəlini ilin əvvəli qərar veriblər. Əlbəttə onların bizimlə fərqi bundadır ki, Həzrət İsanın doğum günü məlum deyil və təxmin edilir. Lakin İslamın əzizi Peyğəmbərinin hicrəti tarixi cəhətdən tamamilə dəqiq və aydındır. Hər halda biz yazın əvvəlini öz ilimizin əvvəli qərar vermişik ki, bu da iranlının zövqü və səliqəsini göstərir. Yazın əvvəli, təbiətin, çəmənlərin, bağların və bütün canlı varlıqların oyanışıdır. Bu, təbiətin donması və ölümü ilə müşayiət olunan qışdan daha yaxşıdır.

 

İslam və "Novruz"un məzmununun dəyişdirilməsi

İslam bəzi ənənələri və ayinləri aradan aparmayıb. Ənənə və ayinin özəyini qoruyub və onun məzmununu və ruhunu dəyişdirib. Məsələn, Həccin bir çox əməlləri və ayinləri kimi. İndi yerinə yetirilən təvaf əməli İslamdan qabaq da var idi. Lakin təvafın məzmunu şirk idi. İslam gəldi və bu əməli şirkdən təmizlədi və ona tövhid məzmunu verdi. O dövrdə təvaf insanın ilahələrə və yalançı rəbblərə bağlılıq məzhəri idi, İslam bunu dəyişdi və təvafı insanın varlıq aləminin mərkəzinə - yəni Haqq taalaya və Pərvərdigara ehtiram məzhəri qərar verdi. Zahiri saxladı və batini dəyişdi. İslam çox vaxt ənənələrlə belə rəftar edir. Xalqımız elə bu işi Novruzla da etdi. Novruzu saxladılar və onun məzmununu dəyişdilər. İranda Novruz İslamdan əvvəlki müstəbid hakimiyyətlərə xidmət etmək bayramı idi. Elə bu səbəbdən də "qədim novruz" deyirlər. Novruzu yaxşıdır, lakin qədimliyi pisdir. Qədim budur ki, ilin bütün bu bayramları – məsələn, Novruz bayramı, ya Mehrəqan bayramı, və ya "Xordadeqan" və "Mordadeqan" kimi bayramlar və İslamdan əvvəl olan müxtəlif bayramlar – cahiliyyət dövründə İranda mövcud olan müstəbid hakimiyyətlər və çürük səltənətlərin xidmətində olub. Novruzun məzmunu xalq və ilahi məzmun deyildi. Bu bayramda Allaha diqqət və ehtiram yox idi. Novruzda ülvi, insani və xalq cəhətləri yox idi. İran xalqı Novruzu saxladı, lakin onun məzmununu saxladı. İranda bugünki Novruzun məzmunu qədim məzmundan fərqlidir.

 

Novruz bayramı İslamla məşğul olanlar tərəfindən təsdiq olunur

Novruz bu gün bizim xalqımız üçün aşağıdakılardan ibarətdir:

Birincisi insanların Allaha diqqəti artır. İlin təhvili vaxtı insanlar dua oxuyub deyirlər:  يا مقلّب القلوب و الأبصار   “Ey qəlbləri və nəzərləri dəyişən! Ey gecə və gündüzü sahmana salan!  Ey illəri dolandıran, qəlbləri və halları dəyişən! Halımızı dəyişib ən gözəl bir şəklə sal!” İlin başlanğıcını Allahı yad etməklə keçirirlər. Allaha diqqəti artırırlar. Bu dəyərdir. İkincisi Novruzu bir-birini ziyarət etmək, kin-küdurəti aradan aparmaq və bir-birinə sevgi və məhəbbət göstərməyi qərar verirlər. Bu İslamın buyurduğu sileyi-rəhm və İslami ülfətdir və əlbəttə ki, çox yaxşıdır. Həmçinin Novruzda müqəddəs məkanları ziyarət edirlər ki, bildiyiniz kimi hər il Novruz bayramı günlərində Məşhəd ziyarətinə gedənlərin sayı adi vaxtlarla müqayisədə dəfələrlə çox olur. Gördüyünüz kimi Novruzu qoruyub saxlayıblar və onun səhv məzmununu səhih və düzgün məzmuna dəyişdiriblər. Bu müsəlman İran xalqının zövqü və səliqəsidir. Biz Novruz bayramını İslamla məşğul olan şəxslərin baxışında təsdiq edirik. Novruz bayramı çox yaxşı bir bayramdır. Novruz bir vasitədir ki, qəlblər sevinir, insanlar arasında rabitə yaranır, sileyi-rəhm edirlər. Bu bayramda dostları da yad etmək lazımdır, ona görə ki, qohumlar kimi dostların da sevgiyə və rabitəyə ehtiyacları vardır. Novruz rabitə bərqərar edir və bu çox yaxşıdır.  

 

Bahar, qiyamətin bir nişanəsidir

Hərçənd Fərvərdin ayından çoxlu günlər keçmişdir, lakin hələ də Novruz bayramı və yeni il münasibətilə təbrik demək olar. Zənnimcə yazın hər üç ayı əslində bayramdır. Çünki ağacların, güllərin və təbiətin yaşıllaşması və çiçək açması aylarıdır. Dünya yenidən cavanlaşdı. Əslində bu dövr təbiətin cavanlığı dövrüdür.

Tutaq ki, yaşıllaşmış, ətirlənmiş, gözəlləşmiş və cavanlaşmış bu tarlanı götürək, iki ay bundan qabaq qar altında soyuq və pərişan idi. Lakin yenidən dirildi. Allah Quranda təbiətin yaşıllaşmasını bəyan etdikdən sonra buyurur: "Həqiqətən O ölüləri dirildəndir" (Rum surəsi, 50) Qiyamət və ölüm məsələsi də belədir. Lakin başqa bir üfüqdə. Əgər biz də belə bir vəziyyətə adət etməsəydik və əgər bizə desəydilər ki, bəli, qışda quruyub, yarpağı tökülmüş və kötük tikəsinə oxşayan bu ağac yenidən yaşıllaşacaq, yarğaq gətirəcək, onda meyvə yetişəcək və gül açacaq, deyərdik ki, yox cənab, bu necə mümkün olar. Bu məsələ də onun kimidir. Heç bir fərqi yoxdur. Lakin əgər insan gözünü bir az geniş açsa və baxış dairəsini genişləndirsə və məsələyə bir az məntiqli və ağıllı nəzər etsə görəcək ki, bu da onun kimidir və heç bir fərqi yoxdur.

 

Təbiətdə dəyişikliklə eyni zamanda insanlarda və cəmiyyətdə dəyişiklik

Hər il ilin təhvili vaxtı mənəvi, fikri və maddi işlərinizi islah edin

Təbiət aləmində baş verən dəyişiliklə müşahidə olunan hər yeni şəmsi ilinin təhvili bir fürsətdir ki, insan öz daxilini dəyişdirsin və ruhi, mənəvi, fikri və maddi işlərini islah etsin. Yeni ilin başlanğıcında oxuduğumuz bu dua bu dəyişilik dərsidir. Bu duada Allahdan istəyirik ki, bizim ruhi və nəfsani vəziyyətimizi və halımızı mübarək bir şəkildə dəyidirsin. Dəyişilik etmək Allahın işidir. Lakin bizim vəzifəmiz budur ki, həyatımızda və dünyada bu dəyişilik üçün çalışaq.

 

İlin əvvəlində keçmiş bir ilin hesabatını aparmaq zərurəti

İlin əvvəlinin vəzifələrindən biri budur ki, hər kəs öz hesabatını – həm şəxsi, həm də ümumi – aparsın. Bu, yaxşı bir bəhanədir ki, hər kəs arxaya çönsün və son bir ildə etdiyi səhvləri, qafil olduğu məsələləri, hətta yaxşı işlərini yenidən nəzərdən keçirsin və son bir ilin müsbət və mənfi nöqtələrinə diqqət yetirməklə ibrət alsın.

 

İlin yenilənməsi ilə öz pis və mənfi əməllərinizdən tövbə edin

İlin yenilənməsi ilə öz daxili pisliklərinizdən və mənfi əməllərinizdən tövbə edək. Nə qədər münasib və yaxşıdır ki, ilin yenilənməsi ilə və İlahi rəhmət və məğfirət ayı olan mübarək Ramazan ayının astanasında biz də öz çatışmayan cəhətlərimizdən, daxili pisliklərimizdən, çirkinliklərimizdən və eybəcərliklərimizdən üz çevirək, yəni istiğfar edək. İstiğfar və tövbə, yəni Allaha qayıdış, yəni pisliklərə arxa çevirmək, yəni yenilik və dəyişilik etmək.

وَأَنِ اسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ يُمَتِّعْكُمْ مَتَاعًا حَسَنًا إِلَىٰ أَجَلٍ مُسَمًّى وَيُؤْتِ كُلَّ ذِي فَضْلٍ فَضْلَهُ

Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət (ömrünüzün sonunadək) sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə (əməlinin) mükafatını ehsan buyursun. (Hud surəsi, ayə 3)

Allahdan bağışlanmaq diləmək və öz daxilimizi islah etmək səbəb olar ki, Allah bizə öz fəzilətini, rəhmətini, bərəkətini və izzətini daha da çox nazil etsin. Hər kəsin, istər mənim kimi məsuliyyət sahibi olan insanlar və istərsə də tək-tək insanlar bu qayıdışa və islaha möhtacdırlar.

O şəxslər ki, Allah və inqilab üçün bir iş görməli idilər, lakin görmədilər, o şəxslər ki, Allah yolunun və inqilabın əksinə əməl etməməli idilər və etdilər, gərək keçmişi islah etsinlər və etdikləri əməllərə görə bağışlanmaq diləsinlər. Hətta o şəxslər ki, inqilabın qarşısını kəsdilər və kəsirlər, hərçənd çox az bir qrupdur, lakin onlar da Allah bəndəsidirlər, əgər onlarda hələ də İlahi və insani vicdandan bir əsər-əlamət qalıbsa – inşallah ki, qalıb – öz rəftarlarına yenidən baxsınlar və Allahın yolunu, bu ilahi və Qurani quruluşu bütün varlıqları ilə qüvvətləndirsinlər.

 

Kimliyindən asılı olmayaraq hər kəs halının və vəziyyətinin daha da yaxşılaşmasını Allahdan diləməlidir

Biz ilin təhvili duasında Allahdan istəyirik ki, bizim halımızı dəyişdirib ən yaxşı bir hala çevirsin. Ramazan ayında da Allahdan istədik ki, bizim pisliklərimizi, ruhumuzu, cismimizi Onun varlığında olan bərəkət və xeyirlə dəyişsin.  Bu dəyişilik İslamın bizi dəvət etdiyi və ona əmr etdiyi insan təkamül yolunun ən böyük sirri də budur. Bu, hamıya aiddir və burada istisna yoxdur. Biz kimliyindən, harada olmasından, hansı səviyyədə elm, mərifət, kamal və əxlaq sahibi olmağımızdan asılı olmayaraq Allahdan istəməliyik ki, halımızı daha da yaxşılaşdırsın və bizi daha kamil olmağa tərəf aparsın.

 

Özündə dəyişilik etmək cəmiyyətdə dəyişiliyin müqəddiməsidir

Diqqət etməliyik ki, dünyada hər bir şeyin dəyişilməsi insanın əlindədir və bütün dəyişiliklər insanın iradə və istəyi ilə olur. İnsan əgər öz cəmiyyətinin, ölkəsinin, həyatının vəziyyətində dəyişilik etmək istəsə, bu dəyişiliyi özündən başlamalıdır - əxlaqi dəyişilik, daxili dəyişilik, insaniyyət, saflıq, Allaha bəndəlik, Allahın iradəsi müqabilində təslim olmağa tərəf getmək – bu dəyişilik insanın səadətinə aparıb çıxarır. Bəşər nə qədər narahatçılıq, ağrı və çətinlik çəkirsə, Allahdan uzaq düşdüyünə və ilahi hökmlərə tabe olmadığına görədir. Allaha şükürlər olsun ki, xalqımız bu yolda böyük işlərə başlamış və bu hərəkətdə irəli getmişdir. Ümidvaram xalqımız zaman keçdikcə fərdi və ictimai əxlaq, eləcədə daxilində üstün bəşəri sifətlər yaratmaq baxımından daha da irəli gedəcək və dostlarla səfa, səmimiyyət və məhəbbətlə davranacaq, özgələrlə daha ayıq-sayıq rəftar edəcək və düşmənlərlə daha  kəskin davranacaq və inşallah özlərinin nicat gəmisini ilahinin əmin-aman sahilinə çatdıracaq.

 

Həqiqi bayram: əxlaqi fəzilətlərlə bəzənmək

Müəyyən bir ilin hər hansı bir xalq üçün mübarək olması yalnız onun maddi cəhətləri ilə ölçülmür. Bəzən mənəvi cəhətlər daha əhəmiyyətlidir. Əgər bir xalq özündə əxlaqi bir dəyişilik yarada bilsə, əgər əxlaqi rəzilətləri öz daxilindən kənarlaşdıra bilsə və özünü əxlaqi fəzilətlərlə bəzəyə bilsə doğrudan da həmin xalq üçün bayramdır. Bəlkə də bayramların – istər milli və istərsə də dini bayramların -  təyin edilməsi insanların daxilində belə bir dəyişilik yaratmaq məqsədilə olmuşdur. Buna görə də gənclərdə əxlaqi dəyişilik yaratmaq daha asandır. Əlbəttə, orta yaşlılar və hətta qocalar belə özlərində əxlaqi dəyişikliyin baş verməsi mümkünlüyündən məyus olmamalıdırlar. Əxlaqi dəyişiklik, yəni insan başqalarını incidən və ya insanın özünün geri qalmasına səbəb olan hər bir əxlaqi rəziləti, çirkinliyi, hər bir pis və xoşagəlməz xasiyyəti kənara qoymalı və özünü əxlaqi fəzilətlərə və gözəlliklərə bəzəməlidir. Əgər cəmiyyətdə bədbinlik və kin-küdurət olmasa, əgər ağıl və dərrakə sahibləri öz ağıllarını başqalarının arasını vurmaq, başqalarını aldatmaq üçün istifadə etməsələr, əgər savadlı insanlar öz biliklərini xalqa zərər vurmaq və düşmənlərə kömək etmək üçün işlətməsələr, əgər cəmiyyətin bütün fərdləri bir-birinə qarşı xeyirxah olsalar, bir-birinə həsəd və paxıllıq etməsələr, başqalarını həyatlarının məhvi bahasına öz həyatlarını qurmasalar, bu əxlaqi dəyişilik və inkişafdır.  

 

Novruz Peyğəmbər (s) və Əhli Beyt kəlamlarında

Peyğəmbər (s) buyurur: əgər bacarsanız hər günün novruz edin; yəni Allah yolunda bir-birinizə hədiyyə verin və bir-birinizlə yaxın olun. (Dəaimül islam c.2, səh. 326)

 1. İmam Sadiq (ə): Novruz elə bir gündür ki, bizim Qaimimizin (İmam Zaman) o gün zühur edəcək. (Bihar əl-ənvar, c.52, səh.276)

 2. İmam Sadiq (ə): Novruz olduqda qüsl et və ən pak libaslarını geyin. (Vəsail əl-şiə,)

 3. Heç bir novruz günü yoxdur ki biz o gün fərəcin intizarında olmayaq (İmam Zamanın zühurunun) çünki novruz bizim və şiələrimizin günlərindəndir. (Müstədrək əl-vəsail c. 6, səh. 352)

 4. Biharül ənvar kitabında Müəlla ben Xənisdən nəql olunaraq yazılıb: Novruz günü İmam Sadiqin (ə) yanına getdim, Həzrət buyurdu: Bilirsənmi bu gün nə günüdür? Dedim: Qurbanın olum bu iranlıların əziz tutduğu və bir-birinə hədiyyə verdikləri gündür. İmam buyurdu: Məkkədə olan o qədim evə and olsun ki bunun qədim kökü vardır, mən sənə anladaram. Ey Müəlla, Novruz Allahın bəndələrindən ona sitayiş üçün əhd aldığı günüdür, Ona şərik qoşmasınlar, onun göndərdiklərinə, dəlillərinə və imamlara iman gətirsinlər. Günəşin ilk dəfə tulu etdiyi gün Novruzdur. Heç bir novruz günü yoxdur ki biz o gün fərəcin intizarında olmayaq... çünki novruz bizim və şiələrimizin günlərindəndir, iranlılar onu qorumuşlar və siz onu əldən veribsiniz...Novruz iranlıların ilinin ilk günüdür... (Müntəxəbül mizanül hikmə, hədis nömrə 4700)

 5. Yenə də Müəlladan nəql olunur ki, Novruz günü səhər imam Sadiqin (ə) yanına getdim, buyurdu: Ey Müəlla, bu günü tanıyırsan? Dedim: Yox, lakin əcəmlər onu əziz tuturlar. Buyurdu: Yox, elə deyil. Məkkə dərəsində yerləşən Kəbəyə and olsun ki, bu günü əzəməti bu gündə olan qədim bir əmrlə bağlıdır. Onu sənin üçün şərh edim ki biləsən. Dedim: Bu öyrənmək mənim üçün daimi həyatdan daha qiymətlidir, Allah sənin düşmənlərini məhv etsin. Buyurdu: Ey Müəlla, Allah bu gündə bəndələrindən onu şəriksiz sitayiş etməkləri haqqında əhd aldı və bir çox sübut vardır ki. Qoç bürcünün əvvəlinci günü Novruzdur.

 Novruz həmin gündür ki, Peyğəmbər (s) Qədir Xumda Əmirəlmöminin Əli (ə) üçün beyət aldı və onun vilayətinə iqrar etdilər, onda sabit qalanın xoş halına və onu sındırana vay olsun. Bu gündə Peyğəmbər (s) Əlini (ə) əhd bağlamaq üçün cin dərəsinə göndərib, bu gündə Nəhrivan əhlinə qələbə çalmış və Zulsədiyəni öldürmüşdür. Bu gündə bizim Qaim (İmam Zaman) zühur edəcək, öz adamları və Allahı ilə Dəccala qələbə çalacaq və onu Kufə kənisalarında dara çəkəcək, hər bir novruzda biz fərəci gözləyirik çünki o bizim günlərimizdəndir. Farslar onu saxladılar və siz onu əldən verdiniz. Bəni İsrail peyğəmbərlərindən biri evlərindən çıxan minlərlə ölmüş insanın dirilməsini Allahdan istədi. Allah ona vəhy etdi ki, onların üzərinə su səp, bu günəd onların üzərinə su səpdi və onlar dirildilər. Onlar otuz min nəfər idilər. Bu gündə su səpmək adət oldu və səbəbini elmdə möhkəm olanlardan başqa kimsə bilməz. Novruz fars ilinin ilk günüdür. Müəlli deyir mənə diktə etdi və məndə yazdım. (Əlsəma və vəl aləm Bihar kitabı, c.3 səh. 103)

 6. Novruza niyə bayram deyirlər?

 Məşhur peyğəmbərlərdən biri (İzqil) əhalisinin hamısının həlak olduğu bir yerə çatdı. İzqil dedi: İlahi bunları necə diriləcəksən? Əmr gəldi ki onların torpaqlarının üstünə bir qədər su səpib onların dirilməsini istə. İzqil bir miqdar su onların üzərinə səpərək Allahdan onların dirilməsini istədi. Bir an içində onların hamısı dirildi və otuz il ilə yetmiş il arasında həyat sürdülər. Bu Fərvərdin ayının ilk günü yəni baharın ilk günü olmuşdu. Bu münasibətlə Fərvərdinin ilk gününə eyd (bayram) deyirlər və eyd sözü ovd (geri qayıtmaq) və iadə (geri qaytarmaq) sözündə götürülmüşdür. (Əlfeyn – tərcümə Vicdani)

 İmam Rza (ə) buyurdu: Bahar fəsli zamanların ruhudur. (Biharül ənvar c. 59, səh 312)

 İkinci xəlifənin xəlifəliyi dövründə Xuzistanın müsəlman olmuş hakimi şirniyyat və digər novruz süfrəsindən olanlardan bir xonça Əli ibn Əbutalib (ə) göndərdi, həzrət onu gətirəndən soruşdu: Bu xonça nə səbəbə göndərilmişdir? Dedilər ki novruz bayramı münasibəti ilədir. Həzrət buyurdu: Hər günü bizim üçün novruz edin. (Rəzi, Haşim, Qədim İranın bayramları, səh. 36, Behcət, Tehran, 1380)

 7. İmam Sadiq (ə) buyurur: Fərvərdinin ilk günü Adəm yaradıldı və şad bir gündür. Bu gün ehtiyacları istəmək, arzuların həyata keçməsini diləmək, böyükləri görmək, elm öyrənmək, kəbin başlamaq və evlənmək, səfərə çıxmaq, alış-veriş etmək yaxşıdır və xəstələr sağalmağa başlayarlar və hamilələr tezliklə uşaq dünyaya gətirərlər və ruzilər firavan olar. (Rəzi, Haşim, Qədim İranın bayramları, səh. 109-120, Behcət, Tehran, 1380)

 8) İmam Musa ibn Cəfər (ə) buyurur: Bu günlər çox qədimdir. Novruz günü Allah bəndələrindən ona sitayiş etmək və şərik qoşmamaq və Onun göndərdiklərinin  dinini qəbul etmək və dediklərinə əməl etmək barədə əhd almışdır. Bu günəşin saçdığı ilk gündür, yük verən yellər əsər və güllər yer üzündə bitər və bu gündə Cəbrail peyğəmbərə nazil oldu, İbrahim bütləri sındırdı və həmin gün Peyğəmbər (s) Əlini (ə) çiyninə qaldıraraq Kəbə üzərinə çıxartdı ki Qüreyşin bütlərini yerə atsın.  (Rəzi, Haşim, Qədim İranın bayramları, səh. 109-120, Behcət, Tehran, 1380) 

 9. İmam Sadiq (ə) buyurur: Bu gündə Nuhun gəmisi Cudi dağında yerə endi, aləmin yaranması bu gündə baş verdi, həzrət İbrahim bu gündə bütlərin əleyhinə qiyam etdi, Musa peyğəmbər bu gündə Bəni İsraili əsirlikdə qurtardı və Nil çayından keçdi və islam Peyğəmbəri (s) bu gündə peyğəmbərliyə seçildi. (Vəsail əl şiə c.5. səh. 289)

 10. İmam Sadiq (ə) buyurur: Novruz biz Əhli Beytin Qaiminin zahir olacağı gündür, Allah Onu Dəccala qalib edəcək və O, Dəccalı Kufə sinaqoqlarında dara çəkəcək. Heç bir novruz yoxdur ki, biz onda fərəc intizarında olmayaq çünki o gün bizim günlərimizdəndir, farslar onu qorudular. (İrşad əl-ulum, c. 3, səh. 118, daş çapı, Təbriz, 1327 h.q)

 11. Müəlla bin Xənis imam Sadiqdən (ə) belə nəql edir: İmam buyurdu: Bilirsinizmi bu gün nə gündür? Dedim: Sənə qurban olum bu gün əcəmlərin təzim etdikləri bir gündür və bir-birlərinə hədiyyə verirlər. Buyurdu: Yox, Kəbə evinə and olsun ki, ona təzim etmək qədim bir əmrdir. Onu bəyan edirəm ki sən başa düşəsən. Dedim: Ey mənim ağam bunu bilməyi dostlarımın dirilməsindən və düşmənlərimin ölməsindən çox istəyirəm. Buyurdu: Ey Müəlla, Novruz Allahın bəndələrindən ona sitayiş üçün əhd aldığı günüdür, Ona şərik qoşmasınlar, onun göndərdiklərinə, dəlillərinə və imamlara iman gətirsinlər. Günəşin ilk dəfə tulu etdiyi gün Novruzdur, bu gündə külək ağacları bəhərləndirir və yerin xırmanı yaradıldı. Bu gündə Nuhun gəmisi yerə oturdu və bu gündə Allah şəhərlərindən çıxan və həlak olan bir neçə min insanı yenidən diriltdi. İlk öncə Allah onların ölməsi haqqında sonra isə yenidən dirilmələri haqqında əmr verdi. Bu gündə Cəbrail həzrət Peyğəmbərə (s) vəhy ilə nazil oldu. Və bu gündə həzrət bütləri sındırdı. Həmçinin həzrət İbrahim (ə) bu gündə kafirlərin bütlərini sındırdı. Bu gündə həzrət Peyğəmbər (s) öz yaxınlarına həzrət Əmirəlmöminin ilə beyət etmək əmri verdi. Bu gün Əmirəlmöminini cinlərin arasına göndərdi ki onlardan beyət alsın. Bu o gündür ki həzrət Nəhrəvan müharibəsində qələbə çaldı və Zülsəriyyəni öldürdü. Bu o gündür ki, həzrət Sahibül əmr (imam Zaman(ə.c) zahir olacaqdır və bu gündə Dəccala qələbə çalacaq və o məlunu Kufə kənasələrində (Kufədə bir məntəqə adıdır) başını kəsəcək. Elə bir novruz yoxdur ki, biz o gün qəmdə xilas olmaq təvəqqesində olmayaq çünki bu gün bizə və bizim şiələrə nisbəti vardır. Əcəmlər onu qorudular və siz onu zay etdiniz.

 Peyğəmbərlərdən biri Allahdan sual etdi ki öz diyarlarından çıxan və ölən insanları necə dirildəcəksən? O peyğəmbərə vəhy gəldi ki, onların üzərinə farsların ilinin ilk günü olan novruzda su səpsin. Onlar dirildilər və onlar otuz min idilər və bu üzdən bu gün su səpmək adət oldu. (Molla Feyz Kaşani, Risaleyi novruz və si ruze mah)

 12. İmam Sadiq (ə) buyurur: Novruz günü olduqda qüsl et və ən pakizə paltarlarını geyin və ən yaxşı ətirlərdən vur və həmin gün oruc tut. Namazları və nafilələrini qıldıqdan sonra dörd rükət namaz qıl yəni hər iki rükət bir salamla, birinci rükətdə Həmd oxuduqdan sonra on dəfə İnna ənzəlna oxu və ikinci rükətdə Həmddən sonra Qül ya əyyühəl kafirun surəsini on dəfə oxu, üçüncü rükətdə Həmddən sonra on dəfə Qül huvəllah oxu və dördüncü rükətdə Həmddən sonra on dəfə Qül əuzu birəbblil fələq və birəbbil nas oxu. Namazdan sonra şükür səcdəsi et və bu duanı oxu....(Qommi, Şeyx Abbas, Külliyate Məfatihul cinan, səh. 412)

 Əbdülsəməd ibn Əlinin istinadla belə rəvayət olunur: Şirniyyatla dolu zərli bir qab Peyğəmbərə hədiyyə edildi. Peyğəmbər soruşdu: Bu nədir? Dedilər: Bu novruz şirnisidir. O, buyurdu: Novruz nədir? Dedilər: Bu iranlılar üçün böyük bayramdır. Buyurdu: Bu Allahın ordunu yenidən diriltdiyi gündür. Soruşdular: Ey peyğəmbər hansı ordu? Onlar ölüm qorxusundan öz evlərindən çıxdılar və onların sayı minlərlə idi və Allah onlara dedi: Ölün. Sonradan onları yenidən diriltdi və onların ruhlarını onlara qaytardı və asimana əmr etdi ki yağış yağsın. Bu üzdən adətdir ki, insanlar bu gündə su səpirlər. (Rəzi, Haşim, Qədim İranın bayramları, səh. 37)

 Novruz Allah dərgahından Həzrət İmam Zaman (ə.c) şərəfli zühuru üçün dua etməyə təkid olunan vaxtlardandır.   (Rəzi, Haşim, Qədim İranın bayramları, səh. 36) 

 

axtarış
Sürətli axtarış Şəbəkədı axtarışı
banners
Ali Dini Rəhbərin rəsmi saytı

Böyük Rəhbərin saytı

iran səfirliyi

Əhlibeyt informasiya agentliyi

Beynəlxalq Quran agentliyi

İmam Rza (ə) bruşur

İmam Xomeyni Universiteti

Şeyx Hüseyn Ənsariyanın rəsmi saytı

İslami oyanış

حج

جمهوري اسلامي ايران
vote
səsvermə aktiv deyil
UsersStats
Səhifənin ziyarətçiləri: 1190
Günün ziyarətçiləri : 31
Səhifənin ziyarətçiləri : 470778
Onlayn ziyarətçilər : 2
Ziyarət zamanı : 0.5938